Kapellonun Rusiyadakı karyerası başa çatdı

Kapellonun Rusiyadakı karyerası başa çatdı

İyunun 24-də İcraiyyə Komitəsi italiyan mütəxəssisi rəsmən istefaya göndərəcək.

Sport7.az xəbər verir ki, Rusiya millisinin evdə Avstriyaya məğlub olması rusların "səbr kasası"nı daşırıb. Artıq ölkənin idman naziri Vitali Mutko Fabio Kapellonun etimad limitinin tükəndiyini bəyan edib. G qrupunda lider Avstriyadan 8, 2-ci pillədəki İsveçdən 4 xal geri qalan şimal qonşumuz Avr-2016-nın final mərhələsinə çıxmaq şansını təhlükəyə atıb. Rusiyali azarkeşləri ən çox narahat edən millinin 2018-ci ildə keçiriləcək dünya çempionatındakı perespektivinin qaranlıq olmasıdı. Onlaq qorxurlar ki, bu gedişlə Rusiya futbolu doğma meydanlarda keçiriləcək mundialda fiaskoya uğrayacaq. 

Rusiya mətbuatı Mutkonun açıqlamasından sonra İcraiyyə Komitəsinin iyunun 24-də toplanacağını, Kapello ilə yolların həmin gün rəsmən ayrılacağını yazırlar. Müqaviləyə görə daha 3 il Rusiyada çalışmalı olan mütəxəssisə 22 milyon avroya yaxın təzminat ödənilməlidi. 68 yaşlı Kapellonu ÇSKA-nın baş məşqçisi Leonid Slutskinin, yaxud da "Krasnodar"dan Oleq Kononovun əvəzləyəcəyi deyilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR