Karate üzrə açıq zirvə birinciliyi keçirilib

Karate üzrə açıq zirvə birinciliyi keçirilib

1-2 fevral tarixində AAAF Park Yaşayış Kompleksinin yarış zalında Zirvə Beynəlxalq İdman Klublarının 2 fevral – Gənclər gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında karate üzrə açıq Zirvə Birinciliyi keçirilib.

Sport7.az xəbər verir ki, yarışda Bakı ilə yanaşı, Sumqayıt, Xaçmaz, Sabirabad, Gəncə, Şəki, Ağdaş və digər regionlardan 25-dən çox müxtəlif klub və cəmiyyətləri təmsil edən 400-ə yaxın idmançı iştirak edib. Yarışda uşaqlar 5, 6-7, 8-9, 10-11, 12-13, yeniyetmələr 14-15, gənclər isə 16-17 yaş qruplarında medal mübarizəsi aparıblar.

Turnirdə komanda hesabında qalib adını 9 qızıl medalla "Qara qaplan”, ikinci yeri 5 qızılla "Zirvə”, üçüncü yeri isə 4 qızılla "Fərasət” klubu qazanıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR