Karateçilər İrandan 10 medalla qayıtdı

Karateçilər İrandan 10 medalla qayıtdı

İranın Gülüstan şəhərində "Golestan Cup" beynəlxalq turnirində iştirak edən karateçilər yarışı 10 medalla başa vurublar.

Sport7.az xəbər verir ki, "Qaraqaplan" klubunun məşqçisi Orxan Şabanovun rəhbərlik etdiyi idmançılarımızdan müxtəlif yaş dərəcələrində Tural Ələkbərli (-67 kq) və Ümid Əsgərov (-30 kq) birinci yeri, Nicat Kərimli (-57 kq), Nihat Kərimzadə (-55 kq), İsfəndiyar Novruzov (-30 kq) və Yavərbəy Abdullayev (+70 kq) ikinci sıranı, Vahid Həsənov (-35 kq), İkram Babayev (-55 kq), Mircəlal Ələsgərov (-60 kq) və Aydın Fərzəli (-52 kq) isə üçüncü pilləni tutub.

Yarışda 6 ölkə idmançıları çıxış ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR