Karateçilərimiz Avropa oyunlarında 4-cü oldu

Karateçilərimiz Avropa oyunlarında 4-cü oldu

Karateçilər Minskdə 2-ci Avropa oyunlarında qazandıqları medalların sayını beşə çatdırıblar. 

Sport7.az xəbər verir ki, Mötəbər yarışın son günü Rafael Ağayevlə (-75 kq, şəxsi məşqçisi Fizuli Musayev) Firdovsi Fərzəliyev (-67 kq, şəxsi məşqçisi Rəhman Hətəmov, milli komanda məşqçisi Bahəddin Kandaz) yalnız finalda qələbəni əldən verərək gümüş mükafata sahib olublar. Bir gün əvvəl Asiman Qurbanlının çempionluğu (+84 kq), İrina Zaretskanın (-68 kq) gümüş, Roman Heydərovun (kata) isə qazandığı bürünc medalla Azərbaycan komandası karate yarışlarını 4-cü pillədə başa vurub. 29-30 iyun tarixlərində karate yarışlarında 38 ölkədən 96 idmançı 12 medal dəsti uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib. 

Karateçilərimizin bir qızıl, üç gümüş və bir bürünc medal qazanması Azərbaycanın 2-ci Avropa Oyunlarının ilk onluğunda yer almasına səbəb olub. Ümumilikdə 82 idmançı ilə 11 növdə yarışlara qatılan Azərbaycan, oyunları 28 medalla (5-10-13) onuncu yerdə bitirib. Bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olmaq, karate yarışlarında yeganə qızıl medalın sahibi Asiman Qurbanlıya həvalə edilib.
 
Növbəti Avropa oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR