Karateçilərimiz finalda məğlub oldu

Karateçilərimiz finalda məğlub oldu

Azərbaycan karateçiləri Rafael Ağayev və Firdovsi Fərzəliyev Minskdə keçirilən Avropa oyunlarında gümüş medal qazanıb.
 
Sport7.az xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı Ağayev finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzub. 
 
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev isə Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan bu idmançımız da gümüş medalla kifayətlənməli olub.

Beləliklə Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR