Karateçilərimiz Minskdən 4 medalla qayıtdı

Karateçilərimiz Minskdən 4 medalla qayıtdı

Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan karateçiləri iyulun 2-də Vətənə qayıdıblar.

Sport7.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

İdmançıları qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.

Karate komandamız Minskdə keçirilən ikinci Avropa Oyunlarında bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb. Karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq), İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov isə (kata) bürünc medal əldə edib.

İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. İdmançılarımız karate yarışlarında 4-cü yeri tutub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR