Karateçilərimizdən Avropa çempionatında rekord nəticə

Karateçilərimizdən Avropa çempionatında rekord nəticə

Yeniyetmə və Gənclər karateçilərdən ibarət Azərbaycan seçmə komandası Macarıstanın paytaxtı Budapeştdə növbəti Avropa çempionatının ikinci yarış günü ötən illərki statistik göstəricilərini yeniləyib.

Sport7.az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev hələ ki yarışın iki günündə nəticənin digər qitə çempionatlarında əldə edilən göstəricilərdən bir gümüş medal fərqi ilə üstün olduğunu bildirib. Əməkdar məşqçi yarışın son günü 18-21 yaşlı gənclər arasında çıxışlarda Dünya və Avropa çempionları və mükafatçılarımızın da olduğunu və daha yüksək nəticə gözlənildiyini söyləyib.

Hazırda Azərbaycan karateçiləri 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra 4 qızıl, 1 gümüş və bürünc medalla 2-ci yeri tuturlar. İdmançılarımız bütün medalları ilk pillənin sahibindən fərqli olaraq katada yox, məhz kumite çıxışlarında, o cümlədən fərdi mübarizədə qazanıblar. Yeniyetmə və Gənclər son 3 ildir ki, ardıcıl olaraq rekordu yeniləyirlər. Dünya Karate Federasiyasının (WKF) internet səhifəsində günün yekunlarına aid məlumatda Azərbaycan karateçilərinin uğuru qeyd edilib.

Xatırladaq ki, Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatına 52 ölkədən 1155 idmançı qatılıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR