Karateçimiz Çilidə gümüş medal qazandı

Karateçimiz Çilidə gümüş medal qazandı

İrina Zaretska (-68 kq) 10-12 yanvar tarixlərində Çilinin paytaxtı Santyaqoda keçirilən Karate1 Seriya A turnirinin gümüş medalını qazanıb. 

Sport7.az xəbər verir ki, finaladək Daniele Van Vikə (CAR) 9:0, Qalina Melnikə (Ukrayna) 3:2, Feryal Abdelazizə (Misir) isə 1:0 hesabı ilə qalib gələn idmançımızm, həlledici görüşdə Silviya Semeraroya (İtaliya) 0:1 hesabı ilə məğlub olub. 

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılıb. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırıb. 

Əsas milli komandamızın digər üzvləri isə təlim-məşqlərini davam etdirilrər. Karateçilərimizi 24-26 yanvar tarixlərində Parisdə mövsümün ilk Karate1 Premyer Liqa turniri gözləyir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR