Karl-Entoni Tauns bir müddət parketdən uzaq qalacaq

Karl-Entoni Tauns bir müddət parketdən uzaq qalacaq

"Minnesota"nın mərkəz oyunçusu Karl-Entoni Tauns sol əlindəki zədə səbəbindən sıradan çıxıb.

"Timbervulvs" Taunsun zədəsi və bərpa müddəti ilə bağlı detalları açıqlamır. "NBC Sports"un xəbərinə görə, 24 yaşlı basketbolçu "Ulduzlar həftəsi" ilə əlaqədar olan fasilə bitdikdən sonra bir neçə oyunda komandasına kömək edə bilməyəcək.

Ağrılar bir neçə həftədi ki, Taunsu narahat edir. MRT nəticələrinə əsasən, onun tam bərpa olması üçün 9 günlük fasilə kifayət etməyəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR