Karmelo Entoni:

Karmelo Entoni: "Heç vaxt Lebron və Veyd kimi, güclü komandalara sahib olmamışam"

Karmelo Entoni 2003-cü il NBA draftının digər ulduzları Lebron Ceyms və Dueyn Veyddən fərqli olaraq, karyerası ərzində ulduzlardan ibarət komandalarda oynamadığını bildirib:

"Heç vaxt onlarla eyni vəziyyətdə olmamışam. Heç vaxt Lebron və Veyd kimi, güclü komandalara sahib olmamışam. Heç vaxt çoxlu ulduzdan ibarət komandam olmayıb. Əksər hallarda təkbaşına olmuşam".
 
35 yaşlı basketbolçu 2019-cu ilin fevral ayından bəri özünə klub tapa bilmir.

Qeyd edək ki, 2003-cü il NBA draftında Lebron Ceyms birinci, Karmelo Entoni üçüncü, Dueyn Veyd isə beşinci sıradan seçilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR