Karmelo Entoni

Karmelo Entoni "Leykers"ə keçə bilər

Azad agent statusunda olan Karmelo Entoni karyerasını "Leykers"də davam etdirə bilər.

Menecerlər bu barədə SNY.tv-yə məlumat veriblər. "Leykers"də Entoninin yaxın dostu Lebron Ceyms çıxış edir. Bu amilin keçiddə rol oynayacağı bildirilir.

Qeyd edək ki, 34 yaşlı basketbolçu ötən mövsüm "Hyuston"un heyətində 10 matça meydana çıxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR