Karmelo Entoni milliyə çağrılmayacaq

Karmelo Entoni milliyə çağrılmayacaq

ABŞ millisi Karmelo Entoninin xidmətindən yararlanmaq niyyətində deyil. Bu barədə insayder Şems Çaraniya məlumat yayıb.

Entoni ABŞ millisinin tarixinin ən yaxşı oyunçularından biri hesab olunur. 35 yaşlı basketbolçu ötən mövsümün ilk yarısında "Hyuston"dan ayrılmışdı. Melo mövsümün qalan hissəsində özünə komanda tapa bilməmişdi.

Qeyd edək ki, dünya çempionatı ərəfəsində ulduz basketbolçuların əksəriyyəti ABŞ yığmasında oynamaqdan imtina edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR