Karolina Voznyaki

Karolina Voznyaki "Australian Open"dən sonra tennislə vidalaşacaq

WTA reytinqinin sabiq "bir nömrə"si və "Australian Open-2018"-in qalibi Karolina Voznyaki 2020-ci ilin ilk "Böyük dəbilqə" seriyalı turniri - "Australian Open"dən sonra karyerasını bitirəcəyini açıqlayıb.

Danimarkalı tennisçi "Instagram" hesabında bu barədə paylaşım edib:

"15 yaşımdan bəri professional tennislə məşğulam. Bu müddət ərzində həyatımın ilk və heyranedici hissəsini geridə qoydum. 30 WTA titulu, 71 həftə dünya "bir nömrə"si olmaq, WTA final turnirndə qazandığım çempionluq, 3 Olimpiada (onlardan birində Danimarka bayrağını daşımışdım) və 2018-ci ildə "Australian Open"də yaşadığım çempionluq - kortla bağlı xəyalını qurduğum hər şeyə nail olmuşam.

Həmişə deyirdim ki, tennisdən kənar hər hansısa bir şeylə məşğul olmağı çox istədiyim gün idmanla vidalaşacam. Son bir neçə ay ərzində tennisdən kənar bir çox hədəfə çatmaq istədiyimi dərk etdim. Deyvid (Li) ilə evlənmək onlardan biri idi. Onunla ailəmizin təməllərini atmaq, dünyanı gəzmək və revmatoid artrit xəstələrinə yardım məqsədilə kampaniya (layihə hazırlanır) keçirmək... - bunlar məni gələcəyə ümidləndirən şeylərdilər.

Bir sözlə, yanvarda keçiriləcək "Australian Open" turnirindən sonra professional tennislə vidalaşacağımı nəzərinizə çatdırmaq istərdim. Məsələnin sağlamlığımla heç bir əlaqəsi yoxdu. Bu, əlvida deyil. Həyat hekayəmi sizinlə bölüşmək üçün səbirsizlənirəm.

Son olaraq, səmimi qəlbdən fanatlarıma, dostlarıma, sponsorlarıma, komandama, xüsusilə məşqçim olan atama, həyat yoldaşıma və illər ərzindəki dəstəyinə görə ailəmə təşəkkür etmək istəyərdim. Siz olmasanız, bu nöqtəyə gələ bilməzdim".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR