Kasilyas karyerasını bitirib

Kasilyas karyerasını bitirib

"Portu"nun prezidenti Jorje Pintu da Koşta qolkiper İker Kasilyasın karyerasını bitirəcəyini açıqlayıb:

"İker Kasilyas namizədliyini açıqlamamışdan əvvəl mənimlə görüşmək üçün Portuya gəldi. Birlikdə yemək yedik və o, karyerasını bitirdiyini ilk olaraq mənə dedi. Kluba olan münasibəti, həqiqətən də, mənə çox təsir etdi. Özümü xoşbəxt hiss etdim.

Ondan geriyə gözəl təəssüratlar qalacaq. Kasilyas üçün çox darıxacam. "Vitoriya Qimaraeş"lə oyundan əvvəl bizə video-mesaj göndərmişdi".
 
Da Koşta ispan qapıçının yaxın günlərdə qərarını ictimaiyyətə açıqlayacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti postuna namizəddi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR