Kavay Lenard karyerasını

Kavay Lenard karyerasını "Klippers"də davam etdirəcək

Kavay Lenardın növbəti klubu "Klippers" olacaq. 28 yaşlı basketbolçu danışıqlar apardığı digər klubları bu barədə məlumatlandırıb.

"Leykers" və "Toronto" da Lenardın xidmətində maraqlı idi.

Digər tərəfdən, Pol Corc "Oklahoma"dan treydini tələb edib. O, "Klippers"də Kavayın komanda yoldaşı olacaq.

Qeyd edək ki, Lenard son mövsümdə "Torontu"nun heyətində NBA-nın qalibi olmuş və final seriyasının MVP-si ("ən dəyərli oyunçu") seçilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR