"Kənarda elə futbolçu yoxdu ki, millidəkilərdən 2 baş üstün olsun" - Elxan Abdullayev

Nikola Yurçeviç AVRO-2020 çərçivəsində qarşılaşacağı millimizin Uels və Slovakiya ilə matçları üçün heyətini açıqlayıb. Təbii ki, hazırkı heyətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu üzdənaçıqlanan heyətlə əlaqədar mütəxəssis fikri öyrənməyə çalışdıq. 

Suallarımızı ünvanladığımız Elxan Abdullayev Sport7.az-a açıqlamasında bunları söylədi: "Dəfələrlə demişəm, əvvəla bu millinin baş məşqçisinin işidi. Yəqin ki, məşqçilər korpusu bütün oyunları izləyir və indiki vəziyyətdə ən güclü futbolçuları çağırır. Kənarda kimin qalmasına gəlincə, həmişə belə olmalıdı. Kimsə kənarda qalmalıdı. Məşqçi istədiyi oyunçuları çağırır, digərləri isə qalır. Bizdə "filankəsi çağırmamısan" kimi söz-söhbətlər çox olur. Kənarda qalan elə futbolçu yoxdu ki, millidəkilərdən 2 baş üstün olsun. Tutaq ki, Məmmədi çağırdı Vasifi yox. İş orasındadı ki, Vasiflə Məmmədi müqayisə etsək, aralarında elə də çox böyük fərq olmadığını görərik. Siyahıya baxdım, elə bir adam yoxdu ki, məsələn 20 qol vursun amma dəvət almasın. Heç kimin "məni çağırmayıblar, onlardan güclüyəm" deməyə haqqı yoxdu".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR