"Kəpəz" rəhbərliyi Vətən müharibəsinin iştirakçısı ilə görüşüb - FOTOLAR

"Kəpəz"in bazasında Zəfərlə başa çatan Vətən müharibəsinin iştirakçısı, vaxtilə Gəncə klubunun da şərəfini qoruyan Yavəri Kərimov ilə görüş keçirilib.
 
Sport7.az xəbər verir ki, qəhrəman döyüşçü "sarı-göylər"in U-19 komandasına kimi yüksəlib. Ordu sıralarına çağırıldığından həqiqi hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra evə qayıtsa da, müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə yollanıb. Döyüşlərdə göstərdiyi mərdliyə görə Qubadlı, Cəbrayıl və Laçının işğaldan azad olunması medalları ilə təltif olunub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR