"Kəpəz" şəhid Əmrah Rəcəbovun məzarını ziyarət edib - FOTOLAR

"Kəpəz" klubunun rəhbərliyi, əsas komandanın məşqçi heyəti və futbolçular torpaqlarımızın azadlığı uğrunda canından keçən Əmrah Rəcəbovun məzarını ziyarət edib.
 
Sport7.az xəbər verir ki, klubun kollektivi adından şəhidin məzarı önünə gül çələngi qoyulub. Komanda üzvləri Əmrah Rəcəbovun əziz xatirəsinin daimi qəlblərdə yaşayacağını qeyd edərək ona hörmət və ehtiramlarını bildiriblər. Qəhrəman döyüşçünün ruhuna dualar oxunub.

"Kəpəz" azarkeşi olmuş Əmrah Rəcəbovun nəşi uzun axtarışlardan sonra tapılıb və fevralın 23-də xalqımızın and yeri olan Şəhidlər Xiyabanında dəfn edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR