"Kəpəz"dən qələbə, prinsipial rəqiblər "sülh" bağladı

Birinci Divizionda 4-cü tura start verilib.
 
Sport7.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılşama baş tutub.
 
Əvvəlcə "Qarabağ"ın əvəzediciləri "Neftçi-2" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb. Digər görüş isə Gəncədə keçirilib. "Kəpəz" "Zaqatala"nı qəbul edib. 6 qolun vurulduğu görüşdə gəncəlilər qələbə qazanıb.
 
Birinci Divizion, 4-cü tur 
 
"Qarabağ-2" - "Neftçi-2" 0:0
 
"Kəpəz" - "Zaqatala" 4:2
(Nicat Məmmədov, 10; Tural Qürbətov, 23, 72; Orxan Abdullayev, 65 // Kənan Müslümov, 69 (p.); Roini İsmayılov, 90+4)
 
Bu gün daha iki qarşılşama baş tutacaq. "Qaradağ Lökbatan" səfərdə "Sumqayıt"ın əvəzedicilərinin qonağı olacaq. "Turan Tovuz" isə paytaxta səfər edəcək. Qərb təmsilçisi "Keşlə-2" ilə görüşəcək.
 
Birinci Divizionda 4-cü tura sabah yekun vurulacaq. Turun son matçında MOİK - "Sabah-2" ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR