"Keşlə" Bakıda oynamayacaq?

"Keşlə”nin Avropa Liqasındakı matçı Bakıda keçirilməyə bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlər var. Klub funksioneri bu səbəbdən oyunun Kiprdə və İspaniyada keçirilə biləcəyini vurğulayıb. Halili yekun qərarın yaxın günlərdə veriləcəyini sözlərinə əlavə edib.

"Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR