"Keşlə" danışılmış oyunlarda günahlandırılan məşqçiləri qovdu

"Keşlə” danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində günahları sübut olunmuş əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərovla müqaviləyə xitam verib.

Sport7.az xəbər verir ki, buy haqda klubda rəsmi qərar çıxarılıb. Müvafiq qərar klubun daxilində keçirilmiş iclasdan sonra qəbul olunub.

Adı çəkilən şəxslər 2017-ci ildə "Binə” Futbol Klubunda çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR