"Keşlə" futbolçusunun qardaşını da Bakıya gətirir

"Keşlə” paraqvaylı futbolçusu Sezar Meza Kollinin qardaşı Derlis Meza Kollini də kluba gətirmək istəyir.

Sport7.az xəbər verir ki, hazırda Rumıniyanın "Arceş” klubunun şərəfini qoruyan yarımmüdafiəçinin müqavilə müddəti hələ başa çatmayıb. Ancaq onunla danışıqlar davam etdirilir və paytaxt klubu qış transfer pəncərəsində Derlisin keçidini bitirmək istəyir.

32 yaşlı futbolçu əvvəllər ölkəmizdə "İnter”, "Qəbələ” və "Neftçi”nin şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR