"Keşlə" monteneqrolu futbolçu transfer edib

"Keşlə" yay fasiləsindənövbəti transfer reallaşdırıb. 

Sport7.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun "Rudar”, Belçikanın "Şarlerua” və "Vasland-Beveren”, Kiprin "Enosis”, Macarıstanın "Dyirmot” və "Uypeşt” komandalarında çıxış edib. Mərkəz müdafiəçisi mövqeyində oynayan Bojoviçin son klubu "Uypeşt” olub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR