"Keşlə" Ruslan Qurbanovun "haqqına girib"? - Futbolçu üsyan etdi

"Keşlə" klubunun yarımmüdafiəçi Ruslan Qurbanova borcunun məbləği müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu barədə bir müddət öncə komandadan ayrılan futbolçu Ruslan Qurbanova məlumat yayıb. 

O, bu barədə "facebook" səhifəsində müqaviləsinin fotosunu paylaşıb və klubun ona olan borcun ödənməsini istəyib. 
 
Qurbanovun sözlərinə görə, rəsmi müqavilədə bununla bağlı bənd yerləşdirilib. Həmin bənddə vurğulanıb ki, komanda Premyer Liqanın qalibi olarsa, 5000 manat, kuboku qazanarsa 5000 manat, avrokuboklara vəsiqə əldə edərsə 5000 manat məbləğində mükafat ödəməlidir. Lakin "Keşlə" rəhbərliyinin məhz Avropa Liqasına vəsiqə üçün verməli olduğu 5000 manatlıq mükafatı ödəməkdən imtina edib.

 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR