"Keşlə" - “Sabah”: 5-ci duel

Premyer Liqanın II turu çərçivəsində "Keşlə" səfərdə "Sabah”ın qonağı olacaq.

Sport7.az xəbər verir ki, bu, tərəflərin öz aralarında keçirəcəyi 5-ci qarşılaşmadır. Buna qədər "Keşlə” çıxdığı 4 matçın ikisində qələbə qazanıb, bir heç-heçəyə imza atıb və bir dəfə də məğlub olub. Maraqlıdır ki, komanda son 3 qarşılaşmanın heç birində rəqibinə uduzmayıb. Topların nisbətinə gəldikdə, 4 matçda "Keşlə” rəqib qapılarına 6 dəfə yol tapıb, yalnız 3 qol buraxıb.

"Keşlə”nin heyətində "Sabah”a ən çox qol vurmuş futbolçu Conatan Ayite olub (3 qol). Həmçinin hərəyə 1 dəfə Sərtan Taşqın, Denis Silva Kruz və Cabir Əmirli fərqləniblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR