"Keşlə" Tərlan Əhmədov ilə bağlı qərarını açıqladı

"Keşlə” klubu əsas komandanın baş məşqçisi ilə bağlı qərarını açıqlayıb.

Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb. Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər.

Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR