"Keşlə"nin qapıçısı öz millisində rekordçudur

"Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.
 
Sport7.az xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib. Həmçinin o, bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə də birinci olub.
 
Əlcək sahibi 2019-cu ildən "Keşlə"nin "çərçivəsini" qoruyur. O, bu mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində keçirilən bütün qarşılaşmalarda forma geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR