"Keşlə"nin sabiq futbolçusu Honduras çempionatında

"Keşlə”nin sabiq futbolçusu Franko Floresin klubsuz günləri başa çatıb.

Sport7.az xəbər verir ki, ötən ilin yayında Premyer Liqa təmsilçisi ilə vidalaşan argentinalı mərkəz müdafiəçisi karyerasını Hondurasda davam etdirəcək.

28 yaşlı oyunçu "Real Espanya” ilə anlaşıb. Flores ötən ilin oktyabrında Yunanıstan təmsilçisi "Doxa” ilə müqavilə bağlasa da, oranı debüt etmədən tərk edib.  Yarım ildən çoxdur futbol oynamayan müdafiəçi bundan sonra karyerasını Hondurasda davam etdirəcək.

Flores 2019-cu ildə transfer olunduğu "Keşlə”də bir mövsüm çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR