Kevin Dyurent oynamağa hazır deyil

Kevin Dyurent oynamağa hazır deyil

"Qolden Steyt"in forvardı Kevin Dyurent zədəsini sağalda bilməyib.

"Vorriorz"un ötən gün keçirilən son məşqi zamanı ulduz basketbolçunun meydanda çıxmağa hazır olmadığı ortaya çıxıb. Teleaparıcı Calen Rouzun sözlərinə görə, Dyurentin məşqdəki bütün cəhdləri uğursuz olub.

Qeyd edək ki, KD-nin xidmətindən istifadə edə bilməyən "Qolden Steyt" NBA final seriyasının gedişində "Toronto"ya uduzur - 1:3. Beşinci görüş növbəti bazar ertəsi "Rəptors"un ev sahibliyində keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR