Kevin Dyurent:

Kevin Dyurent: "Yenidən yüksək səviyyədə oynamağa davam edəcəm"

"Bruklin"in oyunçusu Kevin Dyurent meydanlara qayıtdıqdan sonra yüksək səviyyədə oynamağa davam edəcəyini düşünür.

Ulduz basketbolçu "Yahoo! Sports"a açıqlamasında bu barədə danışıb:

"Hər şey qaydasındadı. Yenidən yüksək səviyyədə oynamağa davam edəcəm. Heç nəyə görə narahat deyiləm. Daha yaxşı olmaq istəyirəm. Təbii ki, ilk növbədə zədəmi sağaltmalıyam. Ancaq oyunumu inkişaf etdirməyə, onun hər aspektini təkmilləşdirməyə davam etməliyəm.

Məqsədim həmişə mükəmməlliyə çatmaq olub. Bu yolda hər şeyə hazıram. İrəlidə məni çətin günlər gözləyir. Hər gün daha yaxşı, daha güclü olmaq üçün çalışmalısan. Bu, uzun prosesdi".

Qeyd edək ki, Dyurent axilles vətərindən zədə alıb və onun növbəti mövsümün tamamını qaçıracağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR