Kevin Dyurentin axilles vətərində yırtıq olduğu güman edilir

Kevin Dyurentin axilles vətərində yırtıq olduğu güman edilir

"Toronto" ilə final seriyasının beşinci matçında meydana çıxan Kevin Dyurent ikinci periodun gedişində yenidən zədələnərək oyunu yarımçıq dayandırıb.

ESPN-in məlumatına görə, "Qolden Steyt" rəsmiləri Dyurentin axilles vətərində yırtıq olduğunu düşünürlər. Forvard MRT-dən keçdikdən sonra yekun diaqnoz qoyulacaq.

Dyurenti itirməsinə baxmayaraq, "Vorriorz" qarşılaşmadan qalib ayrılaraq (106:105) seriyadakı fərqi bir oyuna endirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR