Keyn Lempard və Şireri geridə qoydu

Keyn Lempard və Şireri geridə qoydu

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Monteneqro ilə oynanılan matçda İngiltərə millisinin hücumçusu Harri Keyn het-trik müəllifi olub.

Beləliklə, Keyn yığmanın heyətində vurduğu qolların sayını 31-ə çatdıraraq Vivian Vudvord, Frenk Lempard (hər ikisi 29 qol), Alan Şirer, Net Lofthaus və Tom Finnini (hamısı 30 qol) geridə qoyub.

Keyn hazırda İngiltərə millisinin tarixinin ən yaxşı bombardirləri sırasında 6-cıdı. O, Maykl Ouen (40), Cimmi Qrivz (44), Qari Lineker (48), Bobbi Çarlton (49) və Ueyn Runidən (53) geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR