Kikboksçularımız Rusiyada 27 medal qazandı (FOTOLAR)

Kikboksçularımız Rusiyada 27 medal qazandı (FOTOLAR)

Sentyabrın 25-29 tarixlərində Rusiyanın Anapa şəhərində (Wako) Kikboksinq versiyası üzrə keçirilən "Diamond Dünya Kuboku" başa çatıb.
 
Sport7.az xəbər verir ki, yarışda Azərbaycan idmaçıları da təmsil olunub. İdmançılarımız bütün yaş kateqoriyalarında iştirak ediblər.
 
Ümumilikdə 33 idmançı, üç hakimlə, həmçinin məşqçilər korpusuyla təmsil olunduğumuz Dünya Kubokunda təmsilçilərimiz tarixin ən böyük zəfərini əldə edib. Belə ki, idmançılarımız 7 ermənini böyük hesabla məğlub edərək, qalib adını qazanıblar.
 
İdmançılarımız ümumilikdə 8 qızıl, 9 gümüş və 10 bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR