Kikboksçumuz ilk dəfə dünya çempionu oldu

Kikboksçumuz ilk dəfə dünya çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatında ilk dəfə Ramal Aslanov (-75 kq) qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, Üç dəfə dünya və iki dəfə Avropa ikincisi olmuş "Lord” ləqəbli idmançımız şeytanın qıçını bu dəfə qırmağı bacarıb. Kikboksinq millimizin kapitanı finalda serbiyalı Miloş Kelyanoviçə qalib gələrək ilk dəfə dünya çempionu olub.

Bu gün daha üç idmançımız final görüşünə çıxacaq. Bunların arasında əvvəllər dünya çempionu olmuş Eduard Məmmədov da var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR