Kikboksçumuz Minskdə 2018-ci ilin ən yaxşısı ilə döyüşəcək

Kikboksçumuz Minskdə 2018-ci ilin ən yaxşısı ilə döyüşəcək

Fevralın 29-da kikboksinq üzrə dünya çempionumuz Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq.

Sport7.az xəbər verir ki, "Lord” ləqəbli azərbaycanlı idmançı Belarusun paytaxtı Minskdə keçiriləcək MGC Live 2 Fight döyüş gecəsi çərçivəsində Maksim Spodarenko ilə qarşılaşacaq. 73 kq çəki dərəcəsində baş tutacaq bu görüş gecənin əsas döyüşü olacaq.

28 yaşlı Spodarenko yeddi dəfə Belarus çempionudur. O, kikboksinqin K-1 versiyası üzrə ötən il Avropa çempionu və qitə kubokunun qalibi olub. Həmin il K-1 üzrə Avropa çempionatının ən yaxşı döyüşçüsü mükafatını alıb. Bu il isə Spodarenko Dünya Kubokunu qazanıb. 73 kq çəki dərəcəsində baş tutacaq bu görüş gecənin əsas döyüşü olacaq.
 
11 dəfə Azərbaycan çempionu və bu il 75 kq-da həvəskarlarda dünyanın ən güclüsü olmuş 27 yaşlı Ramal Aslanov isə peşəkar rinqdə 40 döyüş keçirib. O bunlardan 35-də qalib gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR