Kikboksinq millimizin baş məşqçisi tələbələrlə görüşdü

Kikboksinq millimizin baş məşqçisi tələbələrlə görüşdü

Azərbaycan Kikboksinq Federasiyasının Gənclərdən ibarət milli komandasının baş məşqci əməkdar məşqçi Hakim Haciyev milli komandanın kapitanı WAKO üzrə dünya çempiyonu LORD Ramal Aslanov və Kamil Zeynalov Azərbaycan Turizm və Menecment Unversitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilən "İdman Ruhun Qidasıdır" adlı tədbirində tələbələrlə görüşüblər.

Sport7.az xəbər verir ki, görüş zamanı tələbələrə öz fikirlərin bildiriblər. Onlar hər zaman Azərbaycanı istər idmanda, istər turizm sahəsində olsun layiqincə təmsil etmlərini hər zaman uğurlar əldə etmələrini azrulayıblar. Gənclərdən ibarət milli komandasının baş məşqcisi əməkdar məşqci Hakim Haciyev cıxış zamanı qeyd edib ki, bizim məqsədimiz Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanıtmaqdır. O bu haqda danışıb, idmanın inkişafına, gənclərin fiziki sağlamlığına dövlətin göstərdiyi qayğıdan söz açıb. Ölkə başcısı cənab İlham Əliyevin gənclər ücün yaratdığı bu gözəl imkanlardan yararlanmaq lazimdir deyə vurğulayıb. Biz AKF idmançıları olaraq hər zaman bir məqsədlə yola cıxmışıq:"Gənclərimizi yeniyetmələrimiz pis verdişlərdən uzaq edək, onları sağlam həyəta cəbl edək. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Ulu Ondər hər zaman qeyd etdiyi - "Azərbaycanın bugünki gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - sözləri hər kəsin həyat devizinə çevrildi.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR