Kim Klaysters karyerasını bərpa etdi və ilk matçında Muqurusaya məğlub oldu

Kim Klaysters karyerasını bərpa etdi və ilk matçında Muqurusaya məğlub oldu

Eks dünya "bir nömrə"si Kim Klaysters kortlara qayıdıb.

O, ilk matçını Qarbinye Muqurusaya qarşı keçirib. "Dubai Duty Free" turniri çərçivəsində oynanılan və 1 saat 37 dəqiqə davam edən görüş ispan tennisçinin 2:0 (6:2, 7:6) hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci setin gedişində Klaysters 0:3 geridə olmasına baxmayaraq, seti tay-breykə daşıya bilib. 10 ikili xəta ilə oynayan 36 yaşlı tennisçi 4 dəfə öz servisində xal verib və 2 dəfə breyk edib.

Muqurusa Klaystersin oyununu şərh edərkən bildirib: "Böyük tennisçilər üçün yaşın, idmandan uzaq qalmağın heç bir önəmi yoxdu. Onlar həmişə böyük tennisçi kimi oynayırlar".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR