Klopp, Alisson, Rapino... -

Klopp, Alisson, Rapino... - "The Best" mükafatının qalibləri

Milanda FIFA-nın "The Best" mükafatının təqdimetmə mərasimi baş tutub.

Alisson ("Liverpul") "ilin qapıçısı" seçilib. O, Ederson ("Mançester Siti") və Mark-Andre ter Şteqeni ("Barselona") geridə qoyub.

"Ən yaxşı məşqçi" nominasiya üzrə "The Best" mükafatını "Liverpul"un çalışdırıcısı Yurqen Klopp qazanıb. Almaniyalı mütəxəssis, Pep Quardiola ("Mançester Siti") və Maurisio Poçettinonu ("Tottenhem") qabaqlayıb.

Qadın futbolçular arasında ən yaxşı oyunçu ABŞ millisinin üzvü Meqan Rapino olub. "İlin qapıçısı" Sari van Venendal, "ilin məşqçisi" Cill Ellis seçilib.

Daniel Jori ("Debretsen") "ilin qolu" nominasiyasında qalib olub. "Lids"in baş məşqçisi Marselo Byelsa isə xüsusi feyr-pley mükafatına layiq görülüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR