Klopp:

Klopp: "Barselona" ilə oyunları səbirsizliklə gözləyirəm"

"Liverpul"un baş məşqçisi Yurqen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində "Portu" ilə oynanılan matçdan (4:1) sonra fikirlərini bölüşüb.

Alman çalışdırıcı ilk növbədə oyunun gedişatını dəyərləndirib, daha sonra isə yarımfinaldakı rəqibləri "Barselona" haqqında danışıb:

"Bizi "qasırğa"nın gözlədiyini bilirdik və belə də oldu. İkinci hissədə "Portu" bütün gücünü ortaya qoydu, ancaq nəzarəti ələ alıb, qol vura bildik.

Biz daha təcrübəli komandayıq - bu, bəlli məsələdi. Adətən, səfər oyunlarımız ağır keçir. Bilirdik ki, bu matç da ötən il səfərdə oynadığımız "Siti" və "Roma" matçlarına bənzər olacaq. Çətin oldu, ancaq biz yarımfinaldayıq, yəni hər şey yaxşıdı.

Yoldaşlıq görüşlərini nəzərə almasaq, ilk dəfə "Barselona" ilə üz-üzə gələcəm. Səbirsizliklə oyunları gözləyirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR