Klopp:

Klopp: "FIFA, UEFA, İPL, EFL və digərləri hələ də öz ciblərini düşünürlər"

"Liverpul"un baş məşqçisi Yürqen Klopp futboldakı sıx təqvim haqqında fikirlərini bölüşüb:

"Niyə gileylənir? O, bu işdən çox pul qazanır" - insanlar haqqımda belə ifadələr işlədəcəklər. Amma futbolla əlaqəsi olan hər kəs təsdiqləyə bilər ki, tələblər çox yüksəkdi.

FA Liqa Kubokunun, EFL isə FA Kubokunun işinə qarışmaq istəyir. Heç kim bir araya gəlib, müzakirələr aparmaq niyyətində deyil. Belə bir periodda UEFA Millətlər Liqasını yaradır. Beləliklə, qrafikləri, onsuz da, ağır olan futbolçular daha da çox yüklənirlər. Sonra da dünyanın ən yaxşı futbolçularının niyə uzun müddət yüksək səviyyədə oynaya bilməməsinin səbəblərini axtarırıq. Deyirlər ki, geniş heyətə sahib olmaq lazımdı, amma bu oyun geniş heyətlər üçün nəzərdə tutulmayıb.

Hazırda komandalardakı oyunçuların sayı və matçların sayı arasında disbalans var. Eynisini mövcud və lazım olan istirahət günləri haqqında da deyə bilərik. Yığma komandada çıxış edən və bütün beynəlxalq turnirlərə qatılan futbolçu il ərzində cəmi iki həftə istirahət edə bilir. Bu, faktdı.

Mane, Salah, Henderson... - il ərzində cəmi iki həftə istirahət edirlər. Eyni zamanda, üzərimizdə daim təzyiq var. Hansısa oyunun bizim üçün vacib olmadığını deyə bilmərik axı. Məsələnin həlli yollarını tapmaq lazımdı. Amma hələlik o gün gəlib çatmayıb. Çünki FIFA, UEFA, İPL, EFL və digərləri futbolçuları yox, hələ də öz ciblərini düşünürlər".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR