Kloppu ağladan mənzərə - VİDEO

Kloppu ağladan mənzərə - VİDEO

Rotterdamdakı xəstəxanardan birinin intensiv terapiya şöbəsində duyğusal anlar yaşanıb.

Sport7.az xəbər verir ki, koronavirusla mübarizə aparan xəstəxananın həkimləri və işçiləri "Liverpul”un himni hesab olunan və adı ilə assosiasiya edilən You’ll Never Walk Alone mahnısını ifa ediblər.

Həmin olayın internetdə yayılan videosuna komandanın baş məşqçisi Yürgen Klopp da biganə qalmayıb. Alman çalışdırıcı klubun saytına açıqlamasında belə deyib:
 
"Dünən bu videonu göndərdilər. İnanılmaz idi. O dəqiqə ağladım. Bütün bunlar onu göstərir ki, xəstəxanada çalışanlar öz işlərinə böyük həvəslə ilə yanaşırlar. Həyatlarını təhlükəyə ataraq ciddi xəstəliklə mübarizə aparan insanlara kömək edirlər. Onların fədakarlığı ilə bağlı fikirlərimi sözlə ifadə etməyə çətinlik çəkirəm”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR