Klub rəhbərindən etiraz: Prezidenti aldadırlar

Klub rəhbərindən etiraz: Prezidenti aldadırlar

"Anji" klubunun prezidenti Osman Kadiyev Dagıstan rəhbərliyini tənqid edib. 

Sport7.az xəbər verir ki, o, bu barədə koronavirus pandemiyası səbəbindən ölkədəki vəziyyəti şərh edərkən danışıb. 

Klub prezidentinin sözlərinə görə: "Bu gün respublikada demək olar ki, hər ev bu xəstəliyə görə fəlakət yaşayıb. Dəhşətli, acınacaqlı bir vəziyyətdir. İnsanlar böyük xəstəlik və kədərlə üz-üzə qaldılar. Əminəm ki, yoluxan və ölənlərin sayını az göstərirlər. Xəstəxanalarda lazım olan dərmanlar, yerlər yoxdur. Apteklərdə qiymətləri qaldırıblar, ünvana çatdırılma yoxdur.
 
Hesab edirəm ki, Dağıstan rəhbərliyi xalqın problemlərinə göz yumub, xəstə və kasıbların ehtiyaclarını qarşılamadılar. Nəyə görə ölkənin rəhbərliyinə xəstəxana tikilməsi üçün müraciət edilmədi?! Ancaq məmurlar hər şeyi yaramaz və tərbiyəsiz hesab etdikləri xalqın üstünə yıxırlar. Niyə qulaq asmırlar? Çünki yerli camaat məmurlara inanmırlar. Xalq hakimiyyətdən heç bir dəstək hiss etmir.
 
Özünüzə qulluq edin və həkimlərin bütün tövsiyələrinə əməl edin. Cəfəngiyatla müalicə etmək yolverilməzdir. Fikrimcə, Dağıstan hökuməti xalqından üzr istəməli və istefa etməli, vəzifələrində uğursuz olduqlarını etiraf etməlidir.

Bu yaxınlarda səhiyyə naziri çıxış etdi və 40-dan çox həkimin koronavirusdan öldüyü barədə bir çox həqiqət söylədi. Lakin eyni zamanda bölgədə yalnız 29 nəfərin koronavirusdan öldüyü barədə məlumatlar verilir. Nəyə bənzəyir? Biz ağıllı insanlarıq.

İddiaya görə, 700-ə yaxın adam sətəlcəmdən ölüb, ancaq bu xəstəlik müalicə olunur, bir neçə nəfər ölüb, onlardan ölüm nisbəti 0,5% və ya 1% -dir.  Niyə həqiqəti söyləmirlər və Putinin gözünə toz atırlar?!"

Qeyd edək ki, Dağıstanda 3553 COVID-19 ilə yoluxma hadisəsi qeydə alınıb. Bu, Rusiyanın bütün bölgələri arasında beşinci nəticədir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR