"Klubdan tapşırılıb ki, küçəyə çıxmayaq, cərimələyirlər" - "Zirə"nin legioneri

"Zirə" klubununn perulu futbolçusu Alvaro Ampuero "Estadiodeportivo" nəşrinin suallarını cavablandırıb. 

Sport7.az həmin müsahibəni təqdim edir. 

- Azərbaycan dünyada koronavirusa görə əsas diqqət mərkəzində olan ölkələrdən İranla sərhəddədir. Sizcə bu, ölkədə yoluxmaya səbəb oldu, tez zamanda tədbirlər alındı?
- Mənə elə gəlir ki, ilk yoluxanlar İrandan buraya gəldi. O ölkə ilə çox yaxınıq. Hava limanları və sərhədlər bağlandı. Ancaq insanların müxtəlif yerlərdən gəldiyi və virusu yaydığı günlər oldu.

- Hökumət hansı məhdudiyyətləri qoyub?
- Xəbərlərin çoxunu klubumdan eşidirəm. Bizə tapşırılıb ki, təcili bir səbəb olmadıqda çıxmayaq, pul cəzası verilir, ya da həmn şəxsi evə göndərirlər. Hər halda, mən yalnız alış-verişə çıxıram və demək olar ki, hər şey bağlıdır.

- Komanda necə məşq edir?
- 20 gündən öncə son dəfə komanda ilə hazırlıq keçdik. Səhv etmirəmsə, cümə günü idi və iki gün sonra matçımız var idi. Eyni cümə virusun böyüdüyü üçün həmin oyuna çıxmayacağımızı söylədilər. Ondan sonra hər şey təxirə salındı.

- Böyük idman tədbirləri də ləğv olunub. Bunlardan biri də "Formula 1” üzrə Azərbaycan Qran-prisidir. Bu necə oldu?
- "Formula 1” ən vacib hadisələrdəndir. Ancaq indi burada demək olar ki, heç bir şey edilə bilməz və buna əməl etməlisiniz. Əvvəl virusa yoluxanların sayı çox deyildi. Amma bir anda böyüməyə başladı. Mövzu haqqında bir az sərt yanaşmaları, mənə qəribə gəldi.

- Təxirə salınan digər idman yarışı AVRO-2020-dir. Bakıda oyunlar baş tutmalı idi. Bunun keçiriləcəyinə ümid var idi?
- Buradakı insanlar futbolu çox sevirlər. Qısa müddətdə gördüm ki, "Qarabağ” kimi komandaların vacib oyunları olanda, insanlar bu komandanın azarkeşi olmasa da, matçları izləmək üçün stadionlara getməyi sevirlər. Avropa çempionatı üçün gözləntilərinin olduğunu bilirəm. Amma bu il vəziyyət bir az qarışıqdır, indiyə qədər qeyri-müəyyənlik var.

- Azərbaycan Premyer Liqası təxirə salındı. Qayıtmağı düşünürsən?
- İndi hər şey çox qarışıqdır. Ən azından qərar verilibsə və ya nəsə düşünürlərsə, bizə bir şey bildirməyiblər. Çempionatda çox oyunumuz qalmayıb. Çünki liqada 8 komanda var və son bir dövrə daha çıxış edəcəyik.

- Çempionata davam etməyiniz sizin komanda üçün önəmlidir? Avrokuboklar üçün mübarizə aparırsınız...
- Bəli. Avrokuboklara gedə bilərik, ölkə kubokunun yarımfinalındayıq. Oynaya bilsəydik, bizim maraqlarımıza uyğun olardı. Futbol arxa plana keçib, amma oynasaq və şərait olsa, bizim üçün yaxşı olar, çünki mübarizə aparırıq.

- Orada qazandığınız təcrübə necədir?
- Çox yaxşıdır, keçən ilin avqustunda buraya gəldim. Mən nə ölkə, nə də futbol haqqında məlumatım var idi, amma yaxşı mənada təəccübləndim. Mən həqiqətən Bakını çox sevirəm, sakit yerdir. Həm də futbol mövzusünda liqası da yaxşıdır. Sevinirəm ki, yaxşı bir komandaya qoşulmuşam. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR