Klublar anlaşdı: Rassell Vestbruk

Klublar anlaşdı: Rassell Vestbruk "Hyuston"a, Kris Pol "Oklahoma Siti"yə

"Oklahoma Siti" Rassell Vestbrukun treydini "Hyuston"la razılaşdırıb.

Bu barədə ESPN-in insayderi Edrian Voynarovski məlumat yayıb. "Tander" Vestbrukun qarşılığında Kris Polu heyətinə qatmaqla yanaşı, 2024 və 2026-cı illərin ilk tur draft haqlarını ələ keçirib. Həmçinin "Oklahoma-Siti"nin 2021 və 2025-ci illərin ilk tur draft haqlarını dəyişmək imkanı da olacaq.

Vestbruk 2008-ci ildə NBA draftında "Sietl Supersoniks" tərəfindən 4-cü sıradan seçilib. Sonradan sözügedən françayz Oklahomaya daşınmışdı.

Qeyd edək ki, 30 yaşlı basketbolçunun adı "Mayami" ilə də birlikdə hallanırdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR