Klublarımızın Avropada ilk tur benefisi

Klublarımızın Avropada ilk tur benefisi

İspaniyanın Bilbao şəhərində klublararası Avropa çempionatı start götürüb. Sport7.az xəbər verir ki, Azərbaycan yarışda 2 komanda ilə təmsil olunur - "SOCAR Azerbaijan" və "Odlar Yurdu".



İlk turda "Vikinq" klubu ilə üz-üzə gələn daha güclü təmsilçimiz çətinliklə üzləşməyib. "SOCAR Azerbaijan" 5,5:0,5 hesablı qələbəni bayram edib. Azərbaycan klubunun heyətində bu turda yer alan Teymur Rəcəbov bə Eltac Səfərli aktivlərinə 1 xal yazdırmağı bacarıblar.



Azərbaycanlı qrossmeysterlərdən qurulmuş "Odlar Yurdu" isə "Qambit" komandasına şans tanımayıb və "böyük qardaşları" ilə eyni nəticəni təkrarlayıb - 5,5:0,5.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR