Kolubalinin transferi üçün daha bir klub mübarzəyə qoşuldu

Kolubalinin transferi üçün daha bir klub mübarzəyə qoşuldu

"Napoli"nin stopperi Xalidu Kolubalini transfer etmək istəyən klubların sırasına "Mançester Siti" də qoşulub.
 
Sport7.az xəbər verir ki, "şəhərlilər" yayda futbolçunu transfer etməyə çalışacaq. Kolubali ilə İngiltərə Premyer Liqasının digər klubları "Liverpul" və "Nyukasl" da maraqlanır. 
 
Koronavirus pandemiyasının yaratdığı maliyyə problemlərinə görə "Napoli" futbolçunu satmağa hazırdı. Neapollular Kolubali üçün 70 milyon funt-sterlinq tələb edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR