"Komandam istədiyimiz oyunu nümayiş etdirdi" - Moldovalı məşqçi

Qadın komandalar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə matçdan sonra Moldova yığmasının baş məşqçisi Eduard Blanuta fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib: "Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR