Komandamız Avropa oyunlarını 3 medalla bitirdi

Komandamız Avropa oyunlarını 3 medalla bitirdi

Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarına yekun vurulub.

Sport7.az xəbər verir ki, 50 ölkədən 4000-ə yaxın idmançının mübarizə apardığı turnirdə gimnastlarımız da iştirak edib. Azərbaycan gimnastları oyunlar çərçivəsində, bədii gimnastika, akrobatika, batut və idman gimnastikası üzrə yarışlarda iştirak ediblər. Qadın idman gimnastı Marina Nekrasovanın final çıxışı turnirin son gününə təsadüf edib. Belə ki, idmançımız final yarışında dayaqlı tullanmada hərəkətlərinə görə 13.466 xal toplayaraq, 6-cı yerdə qərarlaşıb.

İdman gimnastikası üzrə final mərhələsində çıxış edən digər təmsilçimiz isə İvan Tixonov olub. Bir gün öncə baş tutan çoxnövçülük proqramında öz gücünü sınayan İvan, 80.230 xalla Oyunları 14-cü yerdə başa vurub.

Bir neçə gün əvvəl yekunlaşan batutçuların yarışında Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda 47.900 xalla 5-ci olmuşdular.

Ümumilikdə isə, Azərbaycanın gimnastika komandası 2-ci Avropa Oyunlarını akrobatlarımızın əldə etdiyi 3 medal ilə (iki gümüş, bir bürünc) yekunlaşdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR