Komandamızdan Macarıstanda uğur (FOTOLAR)

Komandamızdan Macarıstanda uğur (FOTOLAR)

Avqustun 13-20-si arası 2019-cu il tarixlərində Macarıstanın Kiskunfeleqaza şəhərində minikadetlər üçün təşkil olunmuş təlim-məşq toplanışı və turnir başa çatıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının 3 qız, 3 oğlan idmançısı, yığma komandanın məşqçiləri, Ramil Cəfərov, Elnur Hidayətzadənin rəhbərliyi altında təlim-məşq toplanışı keçib və turnirdə ölkəmizi uğurla təmsil edib.

Belə ki, 25 xanım idmançının mübarizə apardığı turnirdə qızlarımız qrup mərhələsini lider kimi bitirib və turnirin ən güclü dördlüyü arasına düşərək mübarizəni davam etdirib. İdmançılarımızdan Nürmətova Mərziyyə ikinci, Əsgərova Aylin üçüncü, Aslanova Arzu isə turniri dördüncü pillədə tamamlayıb. 
 
Oğlanlar arasında 32 idmançının mübarizə apardığı turnirdə komandamız uğurla iştirak edib. Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil isə 6-cı yerlə turniri başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR