Komandamızın iştirak edəcəyi yarışlar müəyyənləşdi

Komandamızın iştirak edəcəyi yarışlar müəyyənləşdi

Velosipedçilərdən ibarət yığmamız yarışa qatılacaq.
 
Sport7.az xəbər verir ki, şose velosipedi üzrə Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün avqust, sentyabr və oktyabr aylarında bu yarışlarda iştirakı planlaşdırılır:

30-31 avqust / Tour of Almaty (Qazaxıstan)
06 sentyabr / Grand Prix Velo Erciyes (Türkiyə)
07-08 sentyabr / Tour of Central Anatolia (Türkiyə)
20 sentyabr / Grand Prix Erciyes (Türkiyə)
21-22 sentyabr / Tour of Kayseri (Türkiyə)
27-29 sentyabr / Konya Tour of Mevlana (Türkiyə)
02-06 oktyabr / Tour of İran (İran)
12 oktyabr / Fatih Sultan Mehmet Edirne Race (Türkiyə)
13 oktyabr / Fatih Sultan Mehmet Kirklareli Race (Türkiyə)

Bunadək yığma üzvlərimiz müxtəlif yarışlarda 651 lisenziya xalı toplayıblar ki, bu da ölkəmizin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Olimpiya reytinqində 109 ölkə arasında (UCI-ya 196 milli federasiya daxildir) 47-ci yerdə qərarlaşmasına şərait yaradır. Tokio-2020-də isə reytinqin ilk 50 pilləsində yer alan ölkələrin təmsilçiləri iştirak edəcək.
 
Sport7.az

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-də başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR